Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Hacıyev Sənan Zahid oğlu

Gəncə Regional Mədəniyyət İdarəsi

Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi

Hacıyev Sənan Zahid oğlu 13 aprel 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-1987-ci illərdə Gəncə şəhəri 1 saylı orta məktəbdə oxumuşam. 1978-1986-cı illərdə Gəncə şəhəri Z.Qayıbov adına 5 saylı Uşaq Musiqi Məktəbinin akkardeon sinfində təhsil almışdır. 1989-1995-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda ali təhsil alaraq mühəndis-mexnik ixtisası üzrə təhsil almışdır. 2002-2005-ci illərdə Gəncə Musiqi Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə qiyabi şöbədə təhsil almışdır. 2009-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasının musiqişünaslıq-dirijorluq fakultəsində qiyabi təhsil alaraq, xalq çalğı alətləri orkestrinin dirijoru, müəllim ixtisası almışdır. 1994-1999-cu illərdə Gəncə şəhəri 2 nömrəli Klubda akkardeon müəllimi işləmişdir. 1999-2000-cu illərdə Gəncə şəhəri 2 nömrəli Uşaq Musiqi Məktəbində akkardeon müəllimi işləmişdir. 2000-2006-cı illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində akkardeon müəllimi işləmişdir. 2006-2011-ci illərdə Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində işləmişdir. 2011-2016-cı illərdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2017-ci ildən Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyir. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi Ərazi İlk Partiya Təşkilatının sədridir. Ailəlidir. İki övladı var.

Faks: (022) 266-73-00

Qəbul günləri: Çərşənbə günü: saat 15-00 dan- 17-00 dək