Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Muradov Bəxtiyar Yunis oğlu

Gəncə Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Muradov Bəxtiyar Yunis oğlu 1953-cü il yanvar ayının 12-də Azərbaycan Respublikasının Goranboy rayonu Dəliməmmədli qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1959-1969-cu illərdə Dəliməmmədli qəsəbə orta məktəbində tam orta təhsil almışdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974-1978-ci illərdə H.Zərdabi adına Kirovabad (indi Gəncə) Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1978-1981-ci illərdə təyinatla İmişli rayonu Suvarovka kənd 8 illik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1981-1982-ci illərdə Gəncə şəhəri Avtonəqliyyat Kontorunda mexanik işləmişdir. 1982-1985-ci illərdə Gəncə şəhəri Mebel fabrikində qazanxana ustası işləmişdir. 1985-1986-cı illərdə Gəncə şəhər Xeyirxah Xidmətlər Bürosunda nəzarətçi vəzifəsində işləmişdir. 1986-1999-cu illərdə Gəncə Ekskursiya və Səyahətlər Bürosunda bələdçi və metodist vəzifəsində işləmişdir. 1999-2002-ci illərdə Gəncə şəhər Mədəniyyət İdarəsinin Rəsm Qalereyasında elmi işçi işləmişdir. 2002-2004-cü illərdə Gəncə şəhər Mədəniyyət İdarəsi Avtoklubun müdiri vəzifəsində işləmişdir. 2004-2016-cı illərdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsində məsləhətçi işləmişdir. 2017-ci ildən  Gəncə Regional Mədəniyyət və Turizm İdarəsində məsləhətçi işləyir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2009-cu ildə Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur. 2012-2015-ci illərdə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvüyəm. Müxtəlif illərdə “N” saylı hərbi hissələrdə şair-publisist kimi, eləcə də tədbirlərin təşkilatçısı kimi iştirak etmiş, fəxri fərmanlar almışdır. Ailəlidir. İki övladı, iki nəvəsi var.