Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Hacıyev Gündüz Oruc oğlu

Baş məsləhətçi (Goranboy rayonu üzrə)

Hacıyev Gündüz Oruc oğlu 01 aprel 1961-ci il tarixində Azərbaycan Respublikası Goranboy rayonu Xanqərvənd kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1968-ci illərdə Goranboy rayonu Yeniyol kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 1978-ci ildə Mirzə Məmmədov adına Xanqərvənd kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1979-1983-cü illərdə Həsənbəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsini fərqlənmə diplomu bitirmişdir. 1983-cü ildə Ucar şəhər 5 №-li orta məktəbində müəllim işləmişdir. 1983-1985-ci illərdə Moskva şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. 1985-ci ildə Ucar rayonu Qazıqumlaq kənd orta məktəbində təşkilatçı vəzifəsində işləmişdir. 1985-1986-cı illərdə Qasım İsmayılov rayonu Lenin adına kolxozda kolxozçu işləmişdir. 1986-cı ildə Nadirkənd orta məktəbində təşkilatçı işləmişdir. 1986-1988-ci illərdə Həzi Aslanov adına kolxozda azad komsomol katibi işləmişdir. 1989-1991-ci illərdə rayon komsomol komitəsində qrup komsomol təşkilatçısı vəzifəsində çalışmışdır. 1991-ci ildə Goranboy rayonu Gənclərin Əmək Birlikləri Qərargahında rəis müavini işləmişdir. 1991-ci ildə rayon komsomol komitəsində təlimatçı işləmişdir. 1991-1993-cü illərdə Qasım İsmayılov rayonu Yeniyol kolxozunda sədr vəzifəsində işləmişdir. 1993-1996-cı illərdə həmin kolxozda hüquq məsləhətçisi vəzifəsində işləmişdir. 1996-1998-ci illərdə isə “Yeniyol” kəndli fermer təsərrüfatının başçısı işləmişdir. 1998-2000-ci illərdə Bakı şəhəri “Azaqrotreyd” ASC-də müvəkkil işləmişdir. 2000-2001-ci illərdə Goranboy İcra Hakimiyyətində böyük referent vəzifəsində işləmişdir. 2002-2006-cı illərdə rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləmişdir. 2006-2016-illərdə Goranboy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən hal-hazıra kimi Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi vəzifəsində işləyir. 2002-ci ildən YAP üzvüdür. Ailəlidir. 2 övladı var.