Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əliyev Süleyman Həsən oğlu

Baş məsləhətçi (Samux rayonu üzrə)

Əliyev Süleyman Həsən oğlu 1961-ci il avqustun 3-də Azərbaycan Respublikasının Samux rayonunun Nəbiağalı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1968-1978-ci illərdə Samux rayon Nəbiağalı qəsəbəsi M.Ə.Sabir adına orta məktəbi bitirmişdir. 1973-1978-ci illərdə qarmon sinfi üzrə musiqi təhsili almışdır. 1978-1979-cu illərdə Səfərəliyev adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin hazırlıq şöbəsinə dinləyici qəbul olunmuşdur. 1982-1987-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsinin fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1992-ci illərdə Xanlar rayonu Səfərəliyev qəsəbə kitabxanasında müdir işləmişdir. 1992-1993-cü illərdə Samux rayon Mədəniyyət şöbəsində müdir vəzifəsində çalışmışdır. 1993-1995-ci Samux rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsində işləmişdir. 1999-2004-cü illərdə Samux rayon Mədəniyyət şöbəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor müavini işləmişdir. 2004-2006-cı illərdə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsində çalışmışdır. 2006-2011-ci illərdə Samux rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ildən hal-hazıra kimi Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Ailəlidir. 3 övladı var.