Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Əmrahov Hacı Allahverdi oğlu

Baş məsləhətçi (Kəlbəcər rayonu üzrə)

Əmrahov Hacı Allahverdi oğlu 1967-ci ilin iyul ayının 27-də Kəlbəcər rayonu Bağırlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Kəlbəcər rayonu Bağırlı kənd səkkizillik məktəbinin birinci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmiş, 1983-cü ildə Kəlbəcər rayonu Ağdaban kənd orta məktəbində doqquzuncu sinifə daxil olmuş, 1984-cü ildə həmin məktəbi bitirmişdir. 1985-ci ildə Bağırlı kənd səkkizillik məktəbində gözətçi işləmişdir. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarına hərbi xidmətə təxris edilmişdir. Kəlbəcər rayonu işğal edilən zaman məcburi köçkün olmuşdır. Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasında məskunlaşmışdır. 1999-2004-cü ilərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qiyabi şöbəsini ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bitirmişdir. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi şöbəsinin mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirmişdir. 1993-1994-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Bağlıpəyə kənd icra nümayəndəliyinin müavini vəzifəsində işləmişdir. 1994-2011-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Ağdaban kənd İcra nümayəndəliyinin müavini vəzifəsinə çalışmışdır. 2011-2016-cı illərdə Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən hal-hazıra kimi Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Kəlbəcər rayonu üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Ailəlidir. 3 övladı var.