Adıgözəlov Zöhrab Məmməd oğlu
Gəncə Regional Mədəniyyət İdarəsi
Baş məsləhətçi (Naftalan rayonu üzrə)
Adıgözəlov Zöhrab Məmməd oğlu 22 oktyabr 1960-cı ildə Naftalan şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Naftalan şəhər 1 saylı tam orta məktəbində təhsil almışdır. 1977-1978-ci ilə kimi Naftalan şəhər 53 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə usta işləmişdir. 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1980-1985-ci ilə kimi Naftalan şəhər 53 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə işləmişdir. 1981-1987-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Yeyinti Sənayesi” fakultəsinin qiyabi şöbəsinə daxil olmuş və mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 1989-1991-ci illərdə Bakı şəhər Sosial İdarəetmə və Politologiya İnstitutunun gündüz şöbəsinə daxil olmuş və “Politoloq” ixtisası üzrə bitirmişdir. 1985-1989-cu illərdə Goranboy rayon “Azərbaycan SSRİ-nin 60 illiyi” adına sovxozunda azad partiya komitəsinin katibi işləmişdir. 1991-ci ildə Azərbaycan K.P. Goranboy rayon komitəsində təşkilatçı işləmişdir. 1991-1996-cı illərdə Naftalan şəhər İcra Hakimiyyətində ticarət və xidmət sahələri üzrə təlimatçı işləmişdir. 1996-2000-ci illərdə Naftalan şəhər İcra Hakimiyyətində Humanitar məsələlər üzrə böyük məsləhətçi vəzifəsində çalışmışdır. 2000-2011-ci illərdə Naftalan Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2012-2013-cü illərdə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Goranboy rayon Komitəsinin sədri vəzifəsində işləmişdir. 2013-2016-cı illərdə Naftalan şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ildən hal-hazıra kimi Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Naftalan şəhər üzrə baş məsləhətçisi vəzifəsində işləyir. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.