Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Bəşirov Ruslan Şükür oğlu

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Məsləhətçi

Bəşirov Ruslan Şükür oğlu 01 noyabr 1981-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1988-ci ildə Xocalı şəhər 2 №-li tam orta məktəbin 1-ci sinfinə getmiş, 1992-ci ildə Xocalı faciəsi ilə əlaqədar olaraq məcburi köçkün kimi Naftalan şəhərində məskunlaşaraq Naftalan şəhərində fəaliyyət göstərən Xocalı şəhər 1 №-li tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş və Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir. 2003-cü ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 №-li tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2003-2004-cü illərdə həqiqi hərbi xidmətə olmuşdur. 2004-2005-ci illərdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 №-li tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllim kimi işini davam etdirmişdir. 2005-2016-cı illərdə Xocalı rayon Mədəniyyət və Turizm Şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ildən hal-hazıradək Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.