Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Bakı məktəblilərinin “Mən Azərbaycanlıyam” adlı hesabat konserti

11.05.2019

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 №-li Uşaq İncəsənət Məktəbinin, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konserti oldu.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov çıxış edərək qonaqları salamladı. O, qeyd etdi ki, müasir Azərbaycan Respublikasının memarı və qurucu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər sırasında bu gün Bakı şəhər, Buzovna qəsəbəsində fəaliyyət göstərən 4 №-li Uşaq İncəsənət Məktəbinin hesabat konsertinin Gəncədə təşkili təqdirə layiqdir. Çünki, Ümummilli lider Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyi dövründə Nizami yurdu və həmişəcavan Gəncəyə xüsusi diqqət və qayğı göstərmişdir. Bu diqqət və qayğı bu gün ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən, eləcə də Ulu Öndər Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım, Respublikamızın I vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Maraqlı konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olundu. Konsertdə həmçinin məktəbin “Leyla” rəqs kollektivinin və xor kollektivinin ifasının hər bir musiqi nömrəsi alqışlarla qarşılandı.

Konsertin sonunda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək səmimi qarşılanma və konsertin təşkili üçün öz minnətdarlığını bildirdi.

Konsertdən sonra qonaqlar Ümummilli liderin Heydər Əliyev meydanındakı möhtəşəm abidəsini ziyarət edərək abidə önünə təzə-tər çiçəklər düzdülər.

Bakı məktəbliləri üçün Nizami Məqbərəsinə, Nizami Muzeyinə, “İmamzadə” dini mədəniyyət abidəsinə ekskursiya-ziyarət təşkil olundu.

Qonaqlar Gəncə şəhərindən xoş təəsüratla ayrıldılar.

 

13.2 KB

 

15.5 KB