Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Kitab Klubunda Aqata Kristinin “Şərq ekspressində qətl” əsərinin müzakirəsi keçirilib

14.12.2017

Gəncə Kitab Klubu 57-ci kitabın və 2017-ci ilin son kitab müzakirəsini uğurla həyata keçirib.

Müzakirə olunan kitab detektiv janrının kraliçası Aqata Kristinin “Şərq ekspressində qətl” əsəri olub.

Gəncə Kitab Evində baş tutan müzakirədə kitabsevərlər ilk öncə yazıçının həyat və yaradıcılığından bəhs ediblər. Klubun sədri Ülviyyə Mahmudova gənclərə yazıçının həyat və yaradıcılığına həsr olunan video-fraqment nümayiş etdirib. Daha sonra əsərin təhlili başlanıb.

Gənc oxucular əsərlə bağlı bir-biriləri ilə öz maraqlı fikirlərini bölüşüb. Sonra iştirakçılar əsərin motivləri əsasında çəkilən filmdən maraqlı video-fraqmentlər izləyiblər.