Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

18 may Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir

18.05.2019

Naftalan şəhər Heydər Əliyev Mərkəzində 18 May – Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir keçirildi. Tədbir başlamazdan əvvəl iştirakçılar Mərkəzin muzey hissəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. “Muzeylər milli-mənəvi dəyərlərimizi yaşadan Mədəniyyət Mərkəzidir” mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev çıxış etdi. O, çıxışında qeyd etdi ki, hər il 18 may günü dünyada “Beynəlxalq Muzeylər günü” kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin, cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir. İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar-məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdır. Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə “səma altında muzey” adlandırmışdır. Azərbaycanda “Muzey işinin tarixi” mövzusunda Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova çıxış etdi.

 

3.1 MB