Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin I turu keçirildi

20.05.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq saylı əmrinə əsasən uşaqlar və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin I turu keçirildi. Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən müsabiqədə Gəncə şəhərinin uşaq musiqi, incəsənət məktəblərində, Gəncə Musiqi Kollecində təhsil alan uşaq və gənclərin çıxışları təmin olundu. Müsabiqənin münsiflər heyyətinin və iştirakçılarını Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov salamladı. Münsiflər heyyətinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Quliyev çıxış edərək bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd respublikamızda musiqi təhsilini inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi. Müsabiqənin I turu üzrə seçim 2 gün davam etdiriləcəkdir. Müsabiqədə çıxış edən uşaq və gənclər üçün münsiflər heyyətinin üzvləri tərəfindən tar, kamança, saz ixtisasları üzrə ustad dərsləri keçirildi.

 

74.1 KB

 

71.8 KB

 

60.6 KB