Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Dövlət Dram Teatrı ’İblis nədir’ adlı tamaşa hazırlayır

15.12.2017

Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi Türk dünyasının böyük şairi Hüseyn Cavidin “İblis” əsərinin motivləri əsasında “İblis nədir?” adlı tamaşasını teatrsevərlərə təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru İradə Gözəlovadır.

GDDT-nın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada əsas rolları Ruslan Hüseynov (Arif), Şəbnur Allahverdili (Rəna), Rəşad Hüseynov (İxtiyar),Sevinc Hüseynova (Xavər), Samir Abbasov (İbn Yamin), Murad Meyfəliyev (Vasif), Emil Salmanov (1-ci yaralı əsgər), Ramin Hüseynov (2-ci yaralı əsgər) obrazlarını ifa edəcəklər. Tamaşanın quruluşçu rəssamı Elnur Axundovdur.  

Qeyd edək ki, "İblis nədir?" tamaşası dekabrın 29-da Gəncə Dövlət Dram teatrının Bədii şurasının baxışına təqdim olunduqdan sonra teatrsevərlərin ixtiyarına veriləcək.