Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Nəsimi yaradıcılığı milli mənəvi varlığımızdır”

20.05.2019

Goranboy rayon Tarix-Diyaşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən “Nəsimi yaradıcılığı milli mənəvi varlığımızdır” adlı təşkil olunan tədbirdə Tarix-Diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin, şəhər 1 saylı klubun əməkdaşları iştirak etdilər. Muzeyin direktor əvəzi Ulduz Bağırova tədbiri açıq elan edərək, qonaqları salamladı və qeyd etd ki, İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq əsərlərində daim insanın əzəmətinin, insani məhəbbətinin və insan şəxsiyyətinin azadlığını tərənnüm etmişdir. Sonra Heydər Əliyev Mərkəzinin nümayəndəsi Mətanət Hüseynova Nəsiminin həyat və yaradıcılığından bəhs etdi, şairin təxəllüsləri barədə geniş məlumat verdi. Tədbirin sonunda “Nəsimi” filmindən fraqment nümayiş edilib. Nəsiminin dərisi soyularkən “Məndə sığar iki cahan” qəzəlini bədahətən söylədiyi səhnəni əks etdirən fraqment maraqla izlənilib.

 

1.8 MB