Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə muzey işçilərinin peşə səriştələrini artıracaq növbəti kurslar

10.06.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin cari ilin təsdiq olunmuş İş planına əsasən 10-14 iyun tarixlərində Gəncə şəhərində Mədəniyyət həftəsi çərçivəsində muzey ekspozisiya şöbələrinin əməkdaşlarının peşə səriştələrinin və kreativ biliklərinin formalaşdırılması eni zamanda dünyagörüşünün müasir təlim modulları əsasında artırılması məqsədi ilə təlim kurslarına başlanıldı. Təlim kursları Məhsəti Gəncəvi Mərkəzində, Gəncə şəhər Uşaq İncəsənət Məktəbində, Mir Cəlal Paşayevin Ev Muzeyində, Mərkəzləşdirilmiş Kitabxana Sistemində və Gəncə Dövlət Universitetində keçiriləcəkdir. Nəzakət Rəhmanovanın kurator olduğu “Muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması” mövzusunu əhatə edən təlimdə dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri, Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, ekskursiya mətnlərinin hazırlanma qaydaları, muzey əməkdaşlarında nitq mədəniyyəti vərdişlərinin formalaşdırılması kimi biliklərə yiyələnəcəklər. “Muzey ekspozisiyası” mövzusunda keçiriləcək təlimdə iştirakçılar ekspozisiya işinin təşkilində ilkin biliklər, fond şöbəsi ilə əlaqəli işin aparılmasında əşyaların qəbulu və təhvilinə dair uçot qaydaları, ekspozisiyanın bədii tərtibat mərhələləri, təqdimatı, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər qazanacaqlar. Kurs kuratoru - Pakizə Almazova. “Kreativ peşə səriştələri” kursunda isə dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər əldə edəcəklər. Kurs kuratoru - Pərvanə Hüseynova. Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunacaq. Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim olunacaq.

 

71.2 KB

 

77.6 KB