Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə “Dönməz iradə” adlı seminar keçirildi.

10.06.2019

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 1941-45-ci illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illik yubileyinə həsr olunmuş “Dönməz iradə” adlı seminar qəhrəmanın adını daşıyan ev muzeydə keçirildi. Seminardan öncə tədbir iştirakçıları tərəfindən Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şəhərin “Xan Bağı”nda yerləşən qəbirüstü abidəsi ziyarət olundu, məzarı üzərinə təzə-tər çiçəklər düzüldü. Sonra iştirakçılar İsrafil Məmmədovun ev muzeyinə gəldilər, onlar üçün qısa ekskursiya təşkil olundu. Seminarda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə, Böyük Vətən Müharibəsi veteranı Tofiq Hüseynov, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, İsrafil Məmmədovun adını daşıyan Gəncə şəhər 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərova, məktəbin bir qrup müəllim və şagirdləri, mədəniyyət, incəsənət işçiləri, eləcə də Qəhrəmanın bacısı oğlu, təqaüdçü Füzuli Hüseynov iştirak etdilər. Seminarda Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Mərkəzin şöbə müdiri Nurəddin Babazadə, elmi katibi Cavid Əliyev, müharibə veteranı Tofiq Hüseynov, İsrafil Məmmədovun ev muzeyinin direktoru Eldəniz Babayev, məşhur yazıçı, ədəbiyyatşunas Mir Cəlal Paşayevin “Ədibin Evi” ev muzeyinin nümayəndəsi Elnur İmanbəyli, 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərova və başqaları çıxış etdilər. Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi “İlk Qəhrəman” şeirini oxudu. Seminarda həmçinin 27 nömrəli məktəb-liseyin şagirdləri İsrafil Məmmədova həsr olunmuş şeirlər söylədilər. Sonda Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev müharibə veteranı Tofiq Hüseynova fəxri fərman və qol saatı hədiyyə etdi. Mərkəzin fəxri fərmanı həmçinin İ.Məmmədov ev muzeyinə, 27 nömrəli məktəb-liseyə də təqdim olundu. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bacısı oğlu, təqaüddə olan Füzuli Hüseynov tədbirin keçirilməsi üçün bütün təşkilatçılara öz adından, qəhrəmanın qohumları adından səmimi minnətdarlığını bildirdi. Sonda seminar iştirakçıları xatirə şəkli çəkdirdilər.

 

33 KB