Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Adın yaraşıqdı elimə Gəncə

21.12.2017

21.12.2017-ci il tarixdə Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı, 19 saylı məktəblə birgə, qədim Gəncənin adının qaytarılmasına həsr olunmuş “Adın yaraşıqdı elimə Gəncə” adlı şeir saatı keçirdi.

Böyük kitabxanaçı Təranə Aslanova Azərbaycanın qədim və müqəddəs günəşi olan Gəncə şəhərinin ulu tarixindən, qeyrət və hünər yolundan, adət-ənənələrindən və tanınmış şəxsiyyətləri haqqında məlumat verdi

Tədbirdə şagird - oxucular Sabir Rüstəmxanlı, Əhməd Cavad,Rəhman Salmanlı Rəsul Rza,Süleyman Rüstəm,Mahir Rəfizadə, Əlağa Kürçaylı ,Hidayət ,Rimma Kazakova və başqa şairlərin şerlərini söylədilər.

Tədbirin sonunda kitabxanaçı bu gün Gəncəmizin gözləlliyindən, inkişafından, 2017 il MDB ölkələrinin mədəniyyət paytaxtı olmasından, son illər aparılan təmir və quruculuq işlərindən danışdı.