Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mən bir solmaz duyğuyam ki,”

19.06.2019

Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə oxucu konfransı təşkil edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülnarə Nəsibova açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamını diqqətə çatdırdı. O, bildirdi ki, Azərbaycan tamaşaçılarının estetik zövqünün formalaşmasında Cəfər Cabbarlının pyesləri əvəzsiz rol oynayır. Onun milli və bəşəri dəyərləri əks etdirən dramaturgiyası bu gün də Azərbaycan teatr səhnəsini bəzəyir. Tədbirdə Oxu zalının müdiri Sevda Əliyeva, Mərkəzi kitabxananın Uşaq şöbəsinin baş kitabxanaçısı Təranə Axundova, şəhər kitabxanasının əməkdaşı Kəmalə İsmayılova, 1 saylı klubun müdiri Nazilə Kazımova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, İnformasiya-resurs şöbəsinin müdiri Zoya Məmmədova çıxış etdilər. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinоssenarist, tənqidçi, teatrşünas və qüdrətli sənətkardır. Оnun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, оxucu və tamaşaçı auditоriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır. Tədbirin sonunda tədbir iştirakçıları üçün Cəfər Cabbarlı haqqında video çarx səsləndirildi, həmçinin iştirakçılar “Cəfər Cabbarlı – 120” başlıqlı sərgi ilə tanış oldular.

 

149.3 KB