Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş plenum-konsert

19.06.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş plenum-konserti oldu. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov çıxış edərək Bəstəkarlar İttifaqının yaranması tarixindən, bu günündən ətraflı məlumat verərək, İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin salamlarını iştirakçılara çatdırdı. Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Yadigar Bədəlov çıxış edərək İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun adından iştirakçıları salamlayaraq, İttifaqın yaranmasının 85 illiyi münasibəti ilə təbriklərini çatdırdı. Sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivləri öz maraqlı konsert proqramlarını təqdim etdilər. Respublikanın Əməkdar artisti Elçin Elçiyevin rəhbərliyi ilə Xalq çalğı alətləri orkestri, Respublikanın Əməkdar müəllimi Məmməd Cəfərovun rəhbərliyi ilə Gəncə Dövlət Kamera Orkestri biri-birindən maraqlı musiqi nömrələri təqdim etdilər. Proqrama dahi bəstəkarlar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Telman Hacıyevin, Asəf Zeynallının, Tofiq Quliyevin, Qara Qarayevin, eləcə də bu gün yazıb-yaradan bəstəkarlardan Sərdar Fərəcovun, Firəngiz Əlizadənin, Aliyə Məmmədovanın, Məmməd Cəfərovun və başqalarının əsərləri daxil edilmişdir. Xalq artisti Sevinc İbrahimovanın, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərocanın, solist Zeynəb Hüseynovanın, Gəncə Musiqi Kollecinin tələbələri Günel Hacıyevanın və Elvin Nəbiyevin ifaları tədbir iştirakçıları tərəfindənb alqışıarla qarşılandı. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyinə həsr olunmuş daha bir tədbir Mir Cəlal Paşayev Muzeyində iyun ayının 20-də davam etdiriləcəkdir.

 

120.4 KB