Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göruş - konsert

20.06.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mircalal  Paşayev muzeyində göruş - konsert keçirildi. Bəstəkarlar ittifaqının katibi Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov, Gəncə Dövlət Universitetinin "Musiqi fənləri" kafedrasının mudiru, sənətşunaslıq üzrə elimlər doktoru, professor, bəstəkarlar ittifaqının üzvü Sevda Qurbanəliyeva, Bəstəkarlar ittifaqının katibi Aliyə Məmmədova, bəstəkar İlahə İsrafilova, musiqişunas Turan Məmmədəliyeva, F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, əməkdar artist Elçin Eltiyev, AzərTac - ın Gəncəbasar müxbiri Rauf Hacıyev və başqaları çıxış edərək Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinə həsr olunmuş tədbirlərin Gəncədə keçirilməsinin təqdirə layiq olduğunu bildirdilər. Sonra görüş iştirakçılarına konsert proqrmı təqdim olundu. Azərbaycanın dünya şöhrətli bəstəkarlarının Ü. Hacıbəyovun, F. Əmirovun, Niyazının, Q. Qarayevin eləcədə hal hazırda yaşayıb yaradan bıstəkarlardan Məmməd Cəfərovun, Cəlal Abbasovun, İlahə İsrafilovanın əsərləri. Solistlər Aytən Orucaliyevanın, Fəqan Bədəllinin, Ülvi İsmayilovun, Gülmira Həmzəyevanın idalarında səsləndi. Görüş-konsert iştirakçılarında xoş əhval ruhiyə yaratdı. Sonda xatirə şəkilləri çəkildi.

 

76.1 KB

 

97.5 KB

 

92.1 KB