Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məhsəti Gəncəvi Mərkəzində “Yarat” Müasir İncəsənət Məkanının “Yenə o bağ olaydı” adlı səyyar sərgisi

27.06.2019

Gəncə şəhər İcra Hakimiyyətinin Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərginin açılışı olmuşdur. “Yarat” Müasir İncəsənət Məkanının təqdim etdiyi sərgi Azərbaycanın əbədiyaşar şairi Mikayıl Müşfiqin ən məşhur “Yenə o bağ olaydı” şeirinin adı ilə adlandırılmışdır. Sərgini “Yarat” Müasir İncəsənət Məkanının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Hökümə Kərimova açdı. Gəncə İcra Hakimiyyəti Başçısının müavini Vəfa Abbasova iştirakçıları İcra Başçısı Niyazi Bayramovun adından salamladı. “Yarat” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva çıxış edərək şəhər rəhbərliyinə, bütün iştirakçılara öz minnətdarlığını bildirdi. Sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verdi. Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamlar –Nəzrin Məmmədovanın, Vüsalə Ağarazıyevanın, Mousa Bəyzadə, Günay Əliyevanın, Etibar İsmayılovun əsərləri nümayiş etdirilir. Sərgi cari ilin sentyabr ayının 20-dək davam edəcəkdir.

 

186.2 KB

 

209.8 KB

 

195.8 KB