Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə Dövlət Filarmoniyasında ilk konsert proqramı təşkil edilib

22.12.2017

Gəncə Dövlət Filarmoniyasının yeni binasında Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ilk konsert təşkil olunub.

Konsertdən əvvəl Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi, şəhər ziyalıları və “Gəncə MDB Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimində iştirak etmək üçün şəhərə gələn Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, eləcə də digər xarici qonaqlar Ümummilli ledir Heydər Əliyevin, şəhərin Baş meydanında yerləşən abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Konsertdən əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış etmişlər.

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev Gəncənin ictimai-siyasi, mədəni həyatındakı bu əlamətdar gün münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və “Heydər Əliyev Fondu”nun Prezidenti, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya Gəncə şəhərinə göstərdikləri diqqət və qayğıya görə öz səmimi təşəkkürünü bildirmişdir.

Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüoğlu Gəncə Dövlət Filarmoniyasının yeni binasında keçirilən konsertin tarixi gün olduğunu qeyd etdi və ölkə rəhbəri, Prezident cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Konsertdən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci ildə imzaladığı Sərəncama əsasən Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların vəsiqələri təqdim edildi.

Konsert proqramının aparıcıları Gəncə Dövlət Dram Teatrının aktyorları, Xalq artisti Pərvanə Qurbanova və Yusif Cəfərov bütün gəncəlilər adından ölkə başçısının sərəncamına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyevi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik etdilər.

Sonra Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə vəsiqələr təqdim edildi.

Fəxri ad alanlar sırasında mədəniyyət sahəsində çalışan şəxslərə vəsiqələr verilmişdir.

“Əməkdar Mədəniyyət İşçisi” fəxri adına

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev

Regional idarənin məsləhətçisi Bəxtiyar Muradov

Gəncə Dövlət Filarmoniyasının solisti Mehparə Cəfərova

Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzəngül Hüseynova

“Xalq artisti” fəxri adına

Adil Bayramov, Rafael Bayramov, Sevinc İbrahimova

“Əməkdar artist” fəxri adına Kəmalə Məmmədova

“Əməkdar rəssam” fəxri adına

Faiq Abdullayev, Musa İmamverdiyev layiq görülmüşlər.

Rəsmi hissədən sonra konsert proqramı təqdim olunmuşdur. Konsertdə Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Kamera Orkestri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artist Samir Cəfərov, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının ifaçıları Samir Məmmədov, Elvin Pişnamazadə, Rəşid Məmmədov, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri və başqaları çıxış etdilər.

Konsertin sonunda Xalq artisti Samir Cəfərov “Xalq Heydər söyləcək” mahnısı təqdim etmişdir.

Gəncə Dövlət Filarmoniyasının yeni binasında ilk konsert proqramı gəncəlilərin və şəhərin qonaqlarının gurultulu alqış sədaları altında başa çatmışdır.

 

26.8 KB

 

9.3 KB

 

24.2 KB