Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

01.08.2019

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilsinlər: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Qarayev Əbülfəs Mürsəl oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədəliyeva Sevda Yusuf qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Kərimov Anar Qabil oğlu “Tərəqqi” medalı ilə Abbəkirov Ramil Ələkbər oğlu Axundov Tamerlan Məmmədbağır oğlu Əliyev Rəşad Rahib oğlu Həsənov Seymur Qadir oğlu İbrahimova Xumar Asif qızı Qəmbərova Təranə Əlikram qızı. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 avqust 2019-cu il.

 

45.5 KB