Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin bağlanış mərasimində təltif olunma

21.12.2017

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev bildirmişdir ki, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı layihəsi illə bağlı bir çox möhtəşəm tədbirlər keçirilmişdir.

Gəncə şəhər Icra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi xüsusi diqqət və qayğısını xüsusi vurğulayaraq bildirmişdir ki, Gəncə şəhəri bundan sonra da çox möhtəşəm layihələrə imza atacaqdır.

“Gəncə Müstəqil Dövlətlər Birliyi 2017” layihəsi çərçivəsində il ərzində keçirilən tədbirlərdə fəal iştirak etdiklərinə görə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Rahib Hüseynov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Gülnaz İsgəndərova və Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndovaya şəhər İcra Hakimiyyəti Başçısı cənab Elmar Vəliyev tərəfindən Sertifikat və hədiyyə verilmişdir.