Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bacarıqlı əllər dünyası”

20.08.2019

Gəncə şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialında yay məktəbinin təşkili ilə əlaqədar “Bacarıqlı əllərin dünyası” adlı dərnəyinin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgini filialın müdiri Esmira Həsənova açaraq kitabxanalarda yay məktəbinin təşkilinin mahiyyətindən və dərnəyin uşaqlar üçün olan faydalarından söz açdı. Sonra isə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgi ilə yaxından tanış oldular. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, 21 №-li və 16 №-li tam orta məktəbin şagirdləri iştirak etdi.

 

42.4 KB