Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yayda uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Yay – Kitab – Mən” səyyar kitab sərgisi

27.08.2019

Kitaba marağın təbliği və uşaq və yeniyetmələrin yay tətili istirahətlərinin maraqlı təşkil edilməsi, onlarda mütaliə vərdişlərinin aşılanması ilə bağlı müxtəlif tədbirlər keçirən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialının əməkdaşları, 27.07.2019-cu il tarixdə, kitabxananın ərazisində yerləşən Fikrət Əmirov parkında “Yay-Kitab – Mən” adlı səyyar kitab sərgisi təşkil etdi. Sərgidə 200- dən çox müxtəlif mövzuda kitablar nümayiş olunurdu və sərgiyə ərazidə yaşayan uşaqlar qatıldı. Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək mütaliə etdilər. Kitabxanaya 30-a yaxın yeni oxucu cəlb olundu. Tədbir uşaqların böyük marağına səbəb oldu.

 

11 KB

 

13.7 KB