Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vətən bizi səsləyir

31.08.2019

30.08.2019-cu il saat 13-00 da Gəncə şəhəri MKS-nin 19 №-li kitabxana filialı Qubadlı rayonunun işğalı günü ilə əlaqədar “Vətən bizi səsləyir” başlığı altında anım günü keçirdi. Tədbiri giriş sözü ilə kitabxanaçı Nərgiz Məmmədova açaraq Qubadlı rayonunun erməni vandalları tərəfindən işğalı zamanı şəhid olan həmvətənlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini bildirdi. Sonra isə rayon haqqında ümumi məlumat verərək bildirdi ki, Qubadlı rayonu 30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Tədbirdə iştirak edən tarix müəllimi Cavid Məmmədov Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşdiyini və sahəsinin 802 kvadrat kilometr olduğunu dedi. Qubadlı rayonunun işğalından 26 il keçir. Sahəsi 80250 hektar olan rayon Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu.

Filial müdiri Elza Əliyeva Qubadlı rayonunun anım günündə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunduğundan.

 

7.2 KB