Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nəsiminin sözü həqdir, həqqi bil

03.09.2019

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında “ Nəsiminin sözü həqdir, həqqi bil ” adlı şeir gecəsi keçirildi. Kitabxananın müdiri Natella Hacıyeva iştirakçılara Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Bildirdi ki, bu böyük tarixi şəxsiyyətin irsi altı əsrdir ki, öyrənilir.Vurğulandı ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana, sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Sonra kitabxanaçı Vüsalə Mustafayeva çıxış edərək bildirdi ki, edama məhkum olunan Nəsimi dünyadan köçmədi, o əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir. Tədbirdə şagirdlər tərəfindən şairin şeirləri səsləndirildi. “ Nəsimi ” filmindən fraqmentlər nümayiş olundu.

 

45.4 KB