Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Son damla qana qədər döyüşkən qəhrəman

01.09.2019

01.09.2019-cu il tarixdə Gəncə şəhər Mərkəzi kitabxananın oxu zalında Azərbaycanın Milli Qəhrəmanı Natiq Əhmədovun anadan olmasının 50 illiyinə həsr olunmuş “Son damla qana qədər döyüşkən qəhrəman” başlığı altında informasiya saatı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Əfsanə Bağırova, Milli qəhrəmanımızın həyatı, keçdiyi rəşadətli döyüş yolu haqqında oxuculara geniş məlumat verdi.Bildirdi ki dəfələrlə üz- üzə qaldığı ölümü dəf edən qəhrəmanımız, 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusdakı mülki şəxsləri xilas etmək üçün, iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşür. Həmin döyüşdə Natiq qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Tədbirdə iştirak edən fəallar bildirdilər ki, kitabxanada mütəmadi olaraq təşkil edilən belə tədbirlər çox təqdirə layiqdir. Görkəmli şəxsiyyətlərin, ictimai xadimlərin, tarixi və Milli Qəhrəmanların keçdiyi döyüş yolundan bəhs edən bu tədbirlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və qəhrəmanlarımızın tanıdılmasına xidmət edir.

 

38 KB