Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Yurdda sülh cahanda sülh”

10.09.2019

10.09.2019-cu il tarixdə MKS-nin Oxu zalında “Yurdda sülh cahanda sülh” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktor müavini Fəridə Qədimova bildirdi ki, sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. GDU-nin tarix kafedrasının baş müəllimi Hüseyn Bəxtiyarov təssüf hissi ilə qeyd etdi ki, ən sülhsevər xalqlardan biri, dünyanın ən tolerant ölkəsinin vətəndaşları olan azərbaycanlılar Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə çevrilərək , uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən, dədə-baba yurdlarından məhrum oldular. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıldığını dedi. GDU- nin 4-cü kurs tələbəsi Arzu Vəliyeva mövzu ilə bağlı diqqətə çatdırdı ki,görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısının alınmasından, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandıqdan sonra ölkədə sabitliyə nail olunduğundan, bunun , həm də dövlətimizin sülh arzusunun ifadəsi olmasını qeyd etdi. AYB Gəncə bölməsinin sədri, prezident təqaüdçüsü, şairə Xəzangül Hüseynova bu gün qadınlarımızın, Azərbaycan analarının da çox narahat olduğundan danışdı.

 

20.5 KB