Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ahılların qəlbinə heç kəs dəyməsin.

01.10.2019

01.10.2019 - cu il tarixdə MKS - nin 7 saylı kitabxana filialı Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “ Ahıllların qəlbinə heç kəs dəyməsin ” adlı görüş keçirdi. Görüşdə kitabxananın yaşlı və məktəbli oxucuları iştirak edirdilər. Tədbiri filial müdiri Natella Hacıyeva açaraq ahılları bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara can sağliğı, uzun ömür arzuladı. Kitabxananın əməkdaşı Könül Mirxudayeva ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışdı , qeyd etdi ki, ölkəmizdə 1993- cü ildən hər il oktyabrın 1- i ahıllar günü kimi qeyd olunur. 2001- ci il iyunun 22- də “Ahıllara sosial xidmət haqqında “ Qanun imzalanmışdır və bu sənədə əsasən 70 yaşına çatan Azərbaycan vətəndaşı ahıl hesab olunur. Sonra söz yaşlı nəslin nümayəndələrinə verildi. Çay süfrəsi arxasında keçən görüşdə çıxış edən ahıllar əvvəlcə kitabxananın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Onların maraqlı söhbətləri , söylədikləri maraqlı əhvalatlar, folklor nümunələri gənc nəslin nümayəndələri tərəfindən maraqla qarşılandı.Tədbirin gedişində fəai oxucular “ Mələk anam ” mahnısını , Mahir Rəfizadənin “ Ağsaqqalam ” , Ramiz Tapdıqın “ Qocalıq ” şeirlərini ifa etdilər. Tədbirin sonunda kitabxana müdiri Natella Hacıyeva görüşdə iştirak etdikləri üçün ahıllara öz minnətdarlığını bildirdi və qeyd etdi ki, bu kimi tədbirlərin gənc nəslin tərbiyəsində böyük rolu vardır.

 

39.2 KB