Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Ənənəvi Respublika Folklor festivalının seçim mərhələsi

09.10.2019

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 12 sentyabr 2019-cu il tarixli müvafiq saylı əmrinə əsasən Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirildi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri, Goranboy, Samux, Kəlbəcər rayonlarının, Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağstafa, Qazax, Tovuz rayonlarının, eləcə də Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəmkir, Gədəbəy, Göygöl rayonlarının ansambları və folklor qrupları bir-birindən maraqlı, qədim və zəngin folklor ənənələrini əks etdirən çıxışlar təqdim etdilər.

 

43.1 KB

 

29 KB

 

36.8 KB