Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaq əməyinə yox deyək” adı altında dəyirmi masa keçirildi

22.10.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq Hüquqları aylığı çərçivəsində Xocalı rayon Mədəniyyət evində “Uşaq əməyinə yox deyək” adı altında dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə rayon Mədəniyyət evinin metodisti Hafiz Abbasov açaraq geniş məruzə etdi. Sonra MKS-in direktoru Bəhram Məmmədov öz çıxışında uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasının, yüksək səviyyədə təhsilin verilməsinin önəmindən, uşaqlarla pis rəftar edilməsinin, onlara fiziki və mənəvi işkəncə verilməsinin onların gələcək həyatında mənfi təsirlərindən danışdı. Daha sonra Nəfiqə Əliyeva çıxış edərək uşaq hüquqlarının qorunmasının vacibliyini dəyirmi masa iştirakçılarına çatdırdı. O, 15 yaşına çatmamış uşaqların əməyindən qanunsuz istifadəni qınadı və bunun yolverilməz olduğunu bildirdi.

 

30.3 KB