Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Uşaqlar bizim gələcəyimizdir”

30.10.2019

Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Xocalı şəhər körpələr evi və uşaq baxçasında “Uşaqlar bizim gələcəyimizdir” başlığı altında müəllimlərin və körpələrin iştirakı ilə uşaq hüquqları konvensiyası üzrə maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə çıxış edən Mərkəzi kitabaxananın əməkdaşları Nəfiqə Əliyeva, Gülnaz Zeynalova və Pərvin Əhmədova insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər

 

11.3 KB