Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uca Bayraq

09.11.2019

Goranboy rayon Tarix-Diyarşunaslıq Muzeyində “Uca Bayraq” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon 1 saylı orta məktəbin və Veyisli kənd orta məktəbinin müəllim və şagird kollektivi, Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, MKS iştirak etmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Rəcəb Qarayev açdı, o qeyd etdiki Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağı ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda ucaldılıb. Bu addım ölkə əhalisi tərəfindən tarixi və mütərəqqi bir hadisə kimi dəyərləndirilir. Tədbirdə Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub.

 

85.1 KB