Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Nəsimi – 650” adlı rəsm sərgisi

28.11.2019

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 12 fevral 2019-cu il tarixli əmrinin icrası olaraq Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət məktəblərinin birgə “Nəsimi dünyası” adlı rəsm sərgisi təşkil olundu. Məhsəti Gəncəvi Mərkəzində keçirilən sərgidə Regional İdarənin məsləhətçisi Bəxtiyar Muradov çıxış edərək sərgiyə gələnləri salamladı. O, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunmasından, bu sərəncama əsasən Mədəniyyət Nazirliyinin müvafiq saylı əmrinin icrası olaraq mədəniyyət müəssisələrində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş silsilə tədbirlərdən danışdı. Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov, Respublikanın Əməkdar rəssamı Mübariz Əkbərov çıxış edərək bildirdilər ki, məktəbimizin şagirdlərinin və müəllimlərinin rəsm əsərlərindən ibarət bu sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ədəbi irsinə məhəbbətin nəticəsidir. Sərgidə 50-dən artıq rəsm əsəri nümayiş etdirildi. Şair İmadəddin Nəsiminin sözlərinə yazılmış musiqi sədaları altında sərgiyə baxış keçirildi. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

56.5 KB

 

52.5 KB