Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 Dekabr – Beynəlxalq QİÇS-lə mübarizə günü

28.11.2019

Samux rayon Heydər Əliyev Mərkəzində Ombudsmanın Gəncə Regional Mərkəzi, Azərbaycan QİÇS Mərkəzi ilə birlikdə "1 dekabr Beynəlxalq QİÇS-lə mübarizə günü" ilə əlaqədar seminar təşkil edildi. Seminarı giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova açıq elan edərək qonaqları salamladı və dünyada böyük bəla sayılan QİÇS-lə bağlı qısa məlumat verdi və o, qeyd etdi ki, sevindirici haldır ki, ölkəmiz QİÇS-ə yoluxmaya görə ən zəif göstəriciyə malikdir. Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Abbasov Səbuhi xəstəliyə yoluxmanın və bu cür xəstələrə insanların yanaşma tərzi, məruz qaldıqları psixoloji təsirlər, məsələnin hüquqi tərəfləri haqda seminar iştirakçılarına geniş məlumat verdi. Azərbaycan QİÇS Mərkəzinin həkimi Günəş xanım QİÇS-ə yoluxma halları, simptomları, qorunmaq üsulları, ilkin proflaktikası, qarşılaşdıqları problemlər, dövlətətin xəstələrə yanaşdığı həssaslıq və xəstələrə dövlət tərəfindən göstərilən qayğıdan danışdı. Sonda seminar iştirakçılarının sualları cavablandırıldı.

 

47.6 KB

 

33.8 KB

 

49.3 KB