Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“QİÇS-lə mübarizədə fəal ol”

29.11.2019

29.11.2019-cu il tarixdə MKS-nin 24№li kitabxana filialı 24№li məktəbdə 1 dekabr QİÇS-ə qarşı mübarizə gününə aid söhbət keçirdi. Tədbirdə mövzu haqqında 6№li Gəncə şəhər poliklinikasının terapevt həkimi Tinatin Qasımova danışdı. Həkim yeniyetmələri maarifləndirmək məqsədilə QİÇS haqqında ətraflı məlumar verdi: QİÇS qazanılmış immun çatışmamazlıq sindromu kimi yeni meydana çıxmış, lakin hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabət elminin və şəhiyyənin, o cümlədən də bütün bəşəriyyətin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. Həkim QİÇS-ə yoluxma yollarından, onun törətdiyi fəsadlardan və ona yoluxmuş adamda baş verən əlamətlərdən danışdı. Həmçinin ondan necə qorunmaq lazım olduğunu söylədi. Tinatin Qasımova yeniyetmələrə diş həkimində və bərbərxanada, xəstəxanalarda olarkən ehtiyatlı olmalarını və haqqlarını tələb etməkdən çəkinməməyi söylədi. Həkim məktəblilərin bir çox suallarını cavablandırdı.

 

44.6 KB