Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

«20 Yanvar – Hüzn və qəhrəmanlıq günü» adlı dəyirmi masa

10.01.2020

Goranboy rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar «20 Yanvar – Hüzn və qəhrəmanlıq günü» mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açıq elan etdi. O, öz çıxışında qeyd etdi ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

 

836.3 KB

 

975.1 KB

 

835.9 KB