Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“20 Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” adlı tədbir

14.01.2020

Goranboy rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə “20  Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” adlı tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq “20 yanvar” günü haqqında danışdı. O, bu qanlı tarixin yaddaşlarımıza daima həkk olunduğunu vurğuladı və qeyd etdi ki, dövlətimiz 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Ulduz Bağırova bu gün haqqında öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbiri Şəbnəm xanım yekunlaşdıraraq, Ulu Öndər Heydər Əliyevin bu hadisələrə öz münasibətindən bəhs etdi. Məhz Heydər Əliyevin o günlərdə Moskvadakı cəsarətli çıxışını xatırlatdı.
Tədbir 20 Yanvar şəhidlərinə həsr olunmuş videoçarxa baxışlasona çatdı.

 

1 MB

 

1 MB

 

1.1 MB