Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər Kitabxanın Uşaq şöbəsində nağıl günləri

14.01.2020

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində ənənəvi olaraq nağıl günləri davam edir. 2020-ci ilin yanvar ayının nağıl saatında iştirakçılar “Şah və qoca”, “Taladakı tənha ağacın nağılı”,Qarışqa və göyərçin” nağıllarını dinlədilər. Hər zamankı kimi əsas məqsədimiz uşaqlarda hər zaman yaxşılığın pisliyə qalib gəlməsini, yaxşı insanlara hörmətlə yanaşılmasını, bacarıqlıq, mehribanlıq, qayğıkeşlik və digər müsbət keyfiyyətlərin və mənəvi dəyərlərin təqdir olunmasını, eləcə də tənbəlliyin, paxıllığın, pintiliyin və s. kimi mənfi xüsusiyyətlərin tənqid olunmasını aşılamaqdır. Tədbirdə 15 saylı tam orta məktəbin II sinif şagirdləri iştirak etdilər.

 

129.9 KB

 

131.8 KB