Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncə şəhər 7 saylı kitabxana filialında Leyla Bədirbəylinin 100 illiyi keçirildi

13.01.2020

Gəncə şəhər Mərkəzi Kitabxananın 7 saylı kitabxana filialında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən aktrisa olmaq üçün doğulmuşam” adlı söhbət keçirdi.
Tədbiri kitabxana filialının müdiri Natella Hacıyeva açaraq Xalq artisti Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2019-cu il tarixli sərəncamını diqqətə çatdırdı. O, Xalq artisti Leyla Bədirbəylinin həyatından, bənzərsiz sənət dünyasından, bir-birindən maraqlı obrazlarından, bir sözlə teatr və kino sənətimizə dəyərli töhfələr vermiş aktrisanın mənalı ömür yolundan söhbət açdı.
Sonda tədbir iştirakçıları Leyla Bədirbəyliyə həsr olunmuş videoçarxı izlədilər.

 

50.9 KB