Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naftalan şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı anım tədbir

15.01.2020

Naftalan şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar günü Azərbaycanın istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivi, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şağirdləri iştirak ediblər.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Naftalan İcra Hakimiyyəti Başçısının aparatında ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı, baş məsləhətçi Afət Mustafayeva tədbiri giriş sözü ilə açaraq xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında Qanlı Yanvarın özünəməxsus yeri olduğunu bildirib.
Tədbirdə 2 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Vəliyeva “20 Yanvar günü Azərbaycanın istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda çıxış edib. Təranə Vəliyeva çıxışında “20 Yanvar” hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıb.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

 

92 KB

 

107.7 KB