Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayon Dövlət Rəsm Qalereyasında 20 yanvar faciəsinin 30-cu ildönümü keçirildi

15.01.2020

Goranboy rayon Dövlət Rəsm Qalereyasında 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı "20 yanvar foto faktların gözü ilə" başlığı altında fotolardan ibarət sərgi təşkil edilmişdir.
Sərginin tamaşaçıları Goranboy rayon 1 nömrəli orta məktəbin 7-ci sinif şagirdləri olmuşdur.
Qalereyanın direktoru Çinarə Abdullazadə sərgi barədə məlumat verərək bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Hər il yanvarın 20-də  Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

 

793 KB

 

694.5 KB

 

673.1 KB