Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“İnternet heç bir dövlət sərhəddi tanımır”

05.02.2020

Gəncə Mərkəzi Kitabxananın Uşaq şöbəsində Beynəlxalq İnternet Təhlükəsizliyi Günü ilə əlaqədar olaraq “İnternet heç bir dövlət sərhəddi tanımır” başlığı altında söhbət keçirildi.
Tədbirdə iştirak edən 16 saylı orta məktəbin IV sinif şagirdlərinə şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. İnternetdən təhlükəsiz istifadə hər bir kəsin həyatında mühüm rol oynasa da uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması əsas amillərdən biridir. Belə ki, internetdən istifadə zamanı onlar ilk növbədə zərərli informasiyalardan və proqramlardan uzaq durmalıdırlar. Ən əsası isə ehtiyatlı olmalıdırlarkı ehtiyatsızlıq ucbatından
düzgün olmayan informasiyanı daxil edib hamıya yaya bilərlər və eləcə də kompüter virusa yoluxa bilər.
Tədbirin keçirilməsində əsas məqsəd məktəbliləri gündəlik həyatımızın əsas hissəsi olan onlayn texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadənin təbliğ edilməsidir. Tədbirdə həmçinin mövzu ilə bağlı şagirdlərin də fikirləri dinlənildi və maraqlı müzakirələr aparıldı.

 

420.4 KB