Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Milli Qəhrəman – Mübariz İbrahimov

07.02.2020

Goranboy rayon Dövlət Rəsm Qalereyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş dəyirmi masa arxasında söhbət və sərgi təşkil edilmişdir.
Şəhidin ruhu 1 dəqiqəlik sükutla yad edildi, sonra  isə Qalereyanın direktoru Çinarə Abdullazadə və fond mühafizi İlhamə Məmmədova çıxış etdilər.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındaki bir kilometri minalanmış sahəni keçirərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv etmişdir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşmüşdür. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

 

582.9 KB

 

770.9 KB

 

736.7 KB