Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Biz hamımız Mübariz olmalıyıq

07.02.2020

Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 31-ci ildönümü ilə əlaqədar “Biz Mübariz olmalıyıq” adlı tədbir keçirildi. Vətən yolunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kitabxanaçı Vüsalə Mustafayeva Azərbaycanın Milli Qəhrəmanının qısa, lakin şərəfli və mənalı həyat yolundan, onun ilahi vətən məhəbbətindən, şəhid olduğu gün göstərdiyi şücaətlərdən söhbət açdı və qeyd etdi ki, Azərbaycanın azadlığı uğrunda şəhid olan Mübariz İbrahimovun və onun kimi oğullarımızın xatirəsi əbədi yaşayacaq, daim əziz tutulacaq. Vüsalə Mustafayeva vurğuladı ki, Qarabağın qurtuluş yolu mübarizədən keçir və onun xilası üçün hamımız Mübariz olmalıyıq.
Tədbirin sonunda iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və mövzu ilə əlaqədar slayd nümayiş olundu.

 

731.3 KB