Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məhsəti Gəncəvi Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə tədbir keçirildi

13.02.2020

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Gəncə Şəhər Nizami Rayon şöbəsinin rəisi, Gəncə Hərbi Prokurorunun və Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavinləri, Xidmətin şəxsi heyəti və Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Aparatının əməkdaşları iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Əlamətdar gün Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin sədrliyi ilə keçirilən tədbirdə qeyd olundu. RİH başçısı Nizami Hacıyev qurumun Gəncə şəhər Nizami rayon şöbəsinin Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi tədbirlərlə bağlı geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon şöbəsinin rəisi, mayor Lətif Heydərov, xidmətin ötən 8 il ərzində keçdiyi inkişaf yolundan danışdı. Lətif Heydərov görülən işlərin ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini diqqətə çatdırdı.
Sonda xidməti fəaliyyətində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olundu.

 

81.1 KB

 

115.4 KB

 

71.5 KB