Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Goranboy rayonu Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirtdi

26.02.2020

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Ana harayı” abidəsi önündə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Ümumrayon tədbirində Xocalı rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət  nümayəndələri və qəsəbə sakinləri  iştirak etdilər. İlk oncə “Ana harayı” abidəsi önünə gül dəstələri qoyuldu.
Xocalı abidəsinin önündə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva öz çıxışında erməni quldurları tərəfindən 28 il əvvəl Xocalıda törədilən soyqırım aktından danışdı. Bildirdi ki, Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Sonra şəhid ailəsi Xumar Səlimova çıxışında bildirdi ki, həmin gecə bütün Xocalı sakinləri kimi onun da xatirində acı izlər buraxıb. Həmin faciə zamani atasını və 3 qardaşını itirən Xumar Səlimova bir gün doğma torpaqlarıma qayıtmağı arzu etdi.
Xocalı rayon Məhkəməsinin sədr əvəzi Toğrul Əliyev qeyd etdi ki, Xocalı dörd bir tərəfdən düşmən dəstələri və onların havadarları tərəfindən mühasirəyə alınmışdı. O qeyd etdi ki,  Cənab Prezidentimizin ətrafında birləşərək Qarabağımızı işğaldan azad etməyə nail ola bilərik.  
Xocalı rayon prokuroru Kamran Məmmədov o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyindən, Xocalının köməksiz, əliyalın qalmasından danışdı. Ermənilərin körpələrə, qadınlara, qocalara etdiyi zülmləri tədbir iştirakçılarına çatdırdı.
Sonda Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin hazırladığı kompozisiya nümayiş etdirildi.

 

98.9 KB

 

68.6 KB

 

76.1 KB