Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naftalan şəhərində “Xocalı faciəsi” nin 28-ci ildönümü ilə əlaqədar ümumşəhər anım tədbiri keçirildi

26.02.2020

Naftalan şəhərində “Xocalı faciəsi” nin iyirmi səkkizinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilb. Anım tədbirində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları “Xatirə kompleksi” ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən övladlarının abidəsi önünə gül dəstələri düzüblər.
Naftalan şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə faciə qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

426.8 KB

 

273.7 KB

 

433.4 KB