Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naftalan şəhər Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü qeyd edildi

26.02.2020

Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Xocalıda törədilən vəhşiliklər azərbaycanlılara qarşı baş vermiş soyqırımdır” məruzəsi ilə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev çıxış etdi. O qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək günahsız insanlar qətlə yetirildi. O vaxtdan 28 il ötür. Həmin gün əsrlər boyu yaddaşımızdan heç vaxt silinməyəcəkdir.
Naftalan şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbinin müəllimi Fəridə Məmmədova və Aprel döyüşlərində şəhid olmuş Vaqif Bayramovun həyat yoldaşı Nuranə Bayramova çıxış edərək qeyd etdilər ki, Xocalı 1991-ci ilin oktyabr ayından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertalyot qalmışdır. Xocalıya sonuncu vertalyot 1992-ci il yanvarın 28-də gəlmişdir. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və mühafizəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın 2-ci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan, atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova  çıxışda qeyd etdi ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə  Xocalıda baş verən faciə fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertalyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi.

 

250 KB

 

232.7 KB